Medianews.az
Makronun baş nazirləri
653 baxış

Makronun baş nazirləri

Emmanuel Makronun prezidentliyi dövründə Fransada 7 nəfər baş nazir təyin edilib.

Medianews.az bildirir ki, 1977-ci il dekabrın 21-i Amyen şəhərində doğulan Emmanuel Makron Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. 2006-2009-cu illərdə Sosialist Partiyasının üzvü olub. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini, iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postlarını tutub.

2016-cı ildə “İrəli” hərəkatını yaradıb, sonradan bu qurum İrəli, Respublika Partiyasına çevrilib, 2022-ci ildə İntibah Partiyası adı alıb.

2017-ci il mayın 7-də və 2022-ci il aprelin 24-də prezident seçilib.

Fransada hökumət həm prezident seçkisinin, həm də parlamentin aşağı palatası olan Milli Məclisə seçkinin nəticələri əsasında formalaşır.

2017-ci ildən Eduar Filipp, 2020-ci ildən Jan Kasteks, 2022-ci ildən Elizabet Born, 2024-cü ildən Qabriel Attal baş nazirlik edib.

İntibah Partiyası və müttəfiqləri Milli Məclisə 2024-cü ilin yayında keçirilmiş seçkidən sonra azlıq hökuməti qurublar, əvvəl Mişel Barnye, sonra Fransua Bayru baş nazir olub, hər iki şəxs Milli Məclisdəki etimadsızlığa qurban gedib.

2025-ci il sentyabrın 9-dan baş nazir olan Sebastyen Lekornu oktyabrın 6-da, hökumət qurmamış istefa verib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun