Macarıstanda növbəti parlament seçkisi aprelin 12-nə təyin olunub.
Medianews.az xəbər verir ki, səlahiyyət müddəti dörd il olan 199 nəfərlik Macarıstan parlamentinin (Dövlət Məclisi) 106 üzvü majoritar sistemlə (dairələr üzrə), 93 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Hökumət qurmaq üçün 100 mandat gərəkdir.
Hakim Macar Vətəndaş İttifaqı (Fides) lideri Viktor Orbanı yenidən baş nazir postuna namizəd göstərib.
1963-cü il təvəllüdlü Viktor Orban hüquqşünasdır. 1998-2002-ci illərdə baş nazir olub. 2010-cu ildən eyni postu tutur.