Medianews.az
Gürcüstan:
110 baxış

Gürcüstan: çoxluq az, azlıq çox maaş alır

Gürcüstan: çoxluq az, azlıq çox maaş alır

Gürcüstanın Gəlirlər Xidməti əməkhaqqı statistikası yayıb. 
Medianews.az xəbər verir ki, 2025-ci il oktyabrın 1-nə 220,2 min muzdlu işçinin aylıq maaşı 1000 laridən (628 manat) az olub.
Muzdlu işçilərin orta maaşı 1970 lari (1237,2 manat) göstərilir.
67,9 min nəfərin 1,2 min lariyədək, 343,8 min nəfərin 2,4 min lariyədək maaş aldığı xəbər verilir.
12 minə yaxın şəxsə 15 min laridən çox maaş verildiyi, onların 1,1 nəfərinin əməkhaqqının 50 min larini ötdüyü bildirilir.

Medianews.az

Bizə qoşulun