Medianews.az
FİFA-dan ən yaxşı mükafatı alan futbolçular
220 baxış

FİFA-dan ən yaxşı mükafatı alan futbolçular

FİFA-dan ilin ən yaxşı futbolçusu mükafatı alanların siyahısı yenilənib.

Medianews.az bildirir ki, Lionel Messi (Argentina) 8, Kriştiano Ronaldo (Portuqaliya) 5, Ronaldo (Braziliya) və Zinəddin Zidan (Fransa) 3, Ronaldinyo (Braziliya) və Robert Levandovski (Polşa) 2 mükafata sahib çıxıb.

Bu futbolçuların 1 mükafatı var: Lotar Matteus (Almaniya), Marko van Basten (Niderland), Roberto Bacco (İtaliya), Romario (Braziliya), Corc Vea (Liberiya), Rivaldo (Braziliya), Luiş Fiqu (Portuqaliya), Fabio Kannavaro (İtaliya), Kaka (Braziliya), Luka Modriç (Xorvatiya), Vinisius Junior (Braziliya), Usman Dembele (Fransa).

1991-ci ildən verilən, 2010-2015-ci illərdə Fransanın “France Football” jurnalı ilə birgə təqdim olunmuş mükafat milli komandaların baş məşqçiləri və kapitanlarının, həmçinin azarkeşlərin və jurnalistlərin rəyinə əsaslanır.

Futbolda ən böyük mükafat “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mukafatıdır. 1956-1994-cü illərdə mükafatla Avropada oynayan yerli futbolçu təltif olunub, 1995-ci ildən avropalı olmayan futbolçunu da təltif etmək imkanı yaradılıb, 2007-ci ildən mükafat dünyanın ən yaxşı futbolçusuna verilir.

Hazırda təltif FİFA reytinqində ilk 100 yeri tutan ölkələrin hərəsindən bir jurnalistin cəlb olunduğu sorğunun nəticələrinə əsaslanır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun