Medianews.az
Ən ucuz bilet: 2030 dollar!
967 baxış

Ən ucuz bilet: 2030 dollar!

2026-cı ilin dünya futbol çempionatının final matçına biletlər dörd kateqoriyaya bölünüb.

Medianews.az bildirir ki, Nyu-York ətrafındakı “Metlayf” stadionunda keçiriləcək finala dördüncü kateqoriya biletin, yəni ən ucuz biletin qiyməti 2030 dollardır.

Birinci kateqoriya biletə 6370, ikinci kateqoriya biletə 4210, üçüncü kateqoriya biletə 2790 dollar qiymət qoyulub.

Dünya çempionatının final mərhələsinə (11 iyun-19 iyul) ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

48 milli komandanın qatılacağı çempionata ABŞ, Kanada, Meksika birbaşa çıxıb. Seçmələrdən Avropanın 16, Afrikanın 9, Asiyanın 8, Cənubi Amerikanın 6, Şimali və Mərkəzi Amerikanın 3, Okeaniyanın 1 vəsiqəsi var. 2 biletin sahibi Afrika, Asiya, Okeaniya, Cənubi Amerika, Şimali və Mərkəzi Amerika təmsilçiləri arasında əlavə oyunlarda müəyyənləşəcək.

Cənubi Amerikanın final raundundakı bütün təmsilçiləri bəllidir: Argentina, Braziliya, Ekvador, Kolumbiya, Paraqvay, Uruqvay.

Okeaniyadan vəsiqəni Yeni Zelandiya əldə edib.

Asiyadan final mərhələsinə Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya adlayıb.

Afrikadan Mərakeş, Tunis bilet götürüblər.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun