Medianews.az
Azərbaycanda bu sahə sürətlə irəliləyir -
850 baxış

Azərbaycanda bu sahə sürətlə irəliləyir - RƏQƏMLƏR

“Azərbaycanda genişzolaqlı internetin sürətində artım davam edir”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, son illər reallaşdırılan infrastruktur layihələrinin bəhrəsi olaraq ölkədə internet sürətində artım dinamikası müşahidə edilir.

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal “Ookla” şirkətinin sentyabr ayı üzrə hesabatına əsaslanan Elvin Abbasovun vurğulayıb ki, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 84,02 Mbit/s-ə çatıb: “Bu, illik sürətin 61% artması deməkdir. Ötən ilin sentyabr ayındakı göstərici 52.06 Mbit/s idi.

Bakı şəhəri üzrə də genişzolaqlı internetin sürətində artım qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakıda genişzolaqlı internetin sürəti 60% artaraq 53.14 Mbit/s-dən 85.28 Mbit/s-ə yüksəlib.

Eyni irəliləmə mobil internetin sürətində də əksini tapıb. Bu ilin sentyabrında ölkədə mobil internetin sürəti 40% artaraq 78.34 Mbit/s-ə çatıb. Ötən ilin sentyabr ayında bu göstərici 55.62 Mbit/s idi.

Bakı şəhəri üzrə mobil internetin sürəti ötən ilin sentyabrında 72.19 Mbit/s idi. Bir ilə sürət 100.11 Mbit/s-ə qalxıb. Bu, 39%-lik artım deməkdir. Bu göstəricilər ölkədə yüksək sürətə tələbin olduğunu əks etdirir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun