Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
“Qarabağ” “İmişli” ilə qarşılaşacaq. Oyun “Azərsun Arena”da keçiriləcək.
Turun “Karvan” – “Zirə” və “Neftçi” – “Kəpəz” oyunları noyabrın 1-də, “Turan Tovuz” – “Şamaxı” və “Sumqayıt” – “Araz-Naxçıvan” görüşləri ayın 2-də, “Sabah” – “Qəbələ” qarşılaşması isə 3-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, 10-cu tur
31 oktyabr
17:00 Qarabağ – İmişli
“Azərsun Arena”.
1 noyabr
14:00 Karvan-Yevlax - Zirə
Şamaxı şəhər stadionu.
17:00 Neftçi - Kəpəz
Neftçi Arena.
2 noyabr
16:00 Turan Tovuz - Şamaxı
Tovuz şəhər stadionu.
18:30 Sumqayıt - Araz-Naxçıvan
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
3 noyabr
19:30 Sabah - Qəbələ
Əlincə Arena.
