Medianews.az
Azərbaycan nefti enişdə
139 baxış

Azərbaycan nefti enişdə

Dekabrın 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 62,45 dollara enib.

Medianews.az bildirir ki, bu, ayın start qiymətindən 3,77 dollar aşağı göstəricidir.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 25,3 milyon ton neft çıxarılıb, xaricə 11,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az

Bizə qoşulun