İranda baş verən kütləvi etirazlar fonunda yayılan yeni məlumatlar vəziyyətin miqyasını açıq şəkildə ortaya qoyur.
Musavat.com xəbər verir ki, İranın yüksək vəzifəli rəsmisi Reuters agentliyinə açıqlamasında etirazlar zamanı təxminən 2 min nəfərin həlak olduğunu bildirib.
Bu açıqlama İran hakimiyyətinin indiyədək rəsmi səviyyədə səsləndirdiyi ən yüksək ölüm rəqəmi kimi diqqət çəkir. Məlumata görə, ölənlər arasında həm dinc etirazçılar, həm də təhlükəsizlik qüvvələrinin üzvləri var. Rəsmi Tehran baş verənləri “xaos və zorakılıq” kimi təqdim etməyə çalışsa da, yayılan görüntülər və şahid ifadələri kütləvi repressiya iddialarını gücləndirir.
Qeyd edək ki, bundan əvvəl beynəlxalq insan haqları təşkilatları və xarici mənbələr ölənlərin sayını bir neçə yüz nəfər kimi göstərirdi. İndi isə 2 minlik rəqəmin dilə gətirilməsi İran daxilində vəziyyətin nəzarətdən çıxdığını göstərən ciddi siqnal kimi qiymətləndirilir.
![]()