Medianews.az
O da “Uzak Şehir”dən gedir
142 baxış

O da “Uzak Şehir”dən gedir

Türkiyədə “Kanal D”nin böyük maraqla izlənilən serialı “Uzak Şehir”də daha bir ayrılıq yaşanacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, bu dəfə Özkan obrazına həyat verən Yunus Eski serialla vidalaşır. Qeyd edək ki, “Uzak Şehir” iyunun 2-də yayımlanacaq 28-ci bölümü ilə mövsümə fasilə verəcək. Xatırladaq ki, bundan əvvəl də serialda Alyanın (Sinem Ünsal) anası Fikriye obrazını canlandıran Nursel Kösen layihədən ayrılmışdı.  

Bizə qoşulun