25.04.2025, 08:51
153 baxış
Azad
Azərbaycanda sahibkarlıq subyektlərinin yarıya qədəri BU ŞƏHƏRDƏ FƏALİYYƏT GÖSTƏRİR
Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli sərəncamı ilə aprelin 25-i ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd olunur.
Bu münasibətlə Medianews.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov deyib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda 1 milyon 425 min 167 mikro, kiçik və orta sahibkarlıq subyektləri qeydiyyata alınıb: “İl ərzində fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı isə 401 min 149-dur”.
V.Bayramov qeyd edib ki, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin 49,1 faizi Bakı şəhərində, 50,9 faizi digər regionlarda fəaliyyət göstərir.
İqtisadçı deputat vurğulayıb ki, dayanıqlı inkişafın və inklüziv tərəqqinin əsas drayverlərindən biri məhz sahibkarlardır.
Medianews.az
Paylaş: