Medianews.az
Havanın temperaturu ilə <span style=color:red>əqli funksiyalar arasında əlaqə
64 baxış

Havanın temperaturu ilə əqli funksiyalar arasında əlaqə

Harvard Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, çox yüksək və ya çox aşağı qapalı temperatur yaşlı insanlarda koqnitiv funksiyaları poza bilər. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, araşdırmanın nəticələri "Journals of Gerontology Series A" (JGS A) jurnalında dərc olunub. Tədqiqatda yaşı 65-dən yuxarı olan könüllülər iştirak ediblər. Alimlər subyektlərin yaşadığı otaqlarda sabit temperatur haqqında məlumat toplayıb, həmçinin əldə edilmiş məlumatları diqqəti saxlamaq qabiliyyətini qiymətləndirən testlərin nəticələri ilə müqayisə ediblər. Məlum olub ki, optimal otaq temperaturu (20 ilə 24 dərəcə Selsi arasında) diqqətin yüksək səviyyədə saxlanmasına kömək edir. Dörd dərəcə yuxarıya və ya aşağıya doğru dəyişmələr isə diqqət problemi ehtimalını iki dəfə artırır. Alimlər qlobal istiləşmənin yaşlı insanların idrak qabiliyyətləri üçün risk yaratdığını vurğulayırlar. Bununla əlaqədar olaraq, ekspertlər yaşayış yerlərində rahat temperaturun saxlanılması üçün "ağıllı evlər" kimi texnologiyaların işlənib hazırlanmasına və tətbiqinə çağırırlar.

Bizə qoşulun