16.01.2025, 12:44
120 baxış
Lamiyə
Tarixin ən isti ili və günü
2024-cü il tarixin ən isti ili olub.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand danışıb.
"İndi biz tam əminliklə deyə bilərik ki, ötən il instrumental müşahidələrin bütün tarixində ən isti il olub", - deyən sinoptik keçən ilin həm də ardıcıl ikinci ən isti il kimi tanındığını qeyd edib.
Tarixin ən isti günü 2024-cü il iyulun 22-də planetdə orta sutkalıq temperaturun 17,16 dərəcə olub.
Moskvada orta illik temperatur + 8 dərəcə idi. Ekspert əlavə edib ki, sentyabr ayı paytaxtda xüsusilə isti olub. Ən qarlı ay isə öz növbəsində fevral idi - həmin ayda qar uçqunlarının hündürlüyü 60 santimetrdən çox idi.