Medianews.az
Modelin gözünə dəyən çanta onu<span style=color:red> KOR ETDİ
102 baxış

Modelin gözünə dəyən çanta onu KOR ETDİ

"Dior" çantasının kəməri  "Vogue" jurnalı üçün çəkiliş aparan britaniyalı model Jenevyeva Bryusterin gözünə dəyərək onu kor edib. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə  2021-ci ilin may ayında çəkliş zamanı baş verib. Modelin sözlərinə görə, çəkiliş zamanı rəfiqəsi çiyninə markalı çanta taxmaq üçün əlini uzadıb və təsadüfən onun sol gözünə metal kəmərlə vurub. “Çox qan var idi, düşündüm ki, tikişlərə ehtiyacım var. Yara tikiş üçün kifayət qədər dərin olmadığı üçün təmizləndi və bağlana bildi. Mənə yaxşı olacağımı söylədilər", - deyərək Jenevyeva hadisəni xatırlayıb. Daha sonra 24 yaşlı model gözlərinə müəyyən dəyişikliklərin olduğunu hiss edib lakin bunu həddindən artıq iş və stresslə əlaqələndirib. Lakin o, yalnız 2021-ci ilin dekabrında, bir gözünün görmə qabiliyyətini itirdiyində xəstəxanaya gedib. Model, tor qişasının dörddə üçünün ayrıldığını və zamanında hiss etdiyi dəyişikliklərin patoloji prosesin ilk simptomları olduğunu öyrənib. Jenevyeva doqquz əməliyyat keçirib. Əməliyyatdan sonra görmə qabiliyyətinin bir qədər yaxşılaşmasına baxmayaraq, 2024-cü ilin sentyabrına qədər tor qişa tamamilə ayrılıb və qızın bir gözü kor olub. "Hər gün günahkar hiss edərək oyanıram, niyə həkimə daha tez getmədiyimi düşünürəm", - deyə o bildirib.

Bizə qoşulun