11.12.2024, 06:59
143 baxış
Lamiyə
Yuxusuzluq sağlamlığa necə təsir edir?
“Yuxu zamanı orqanizm psixoloji, emosional və fiziki sağlamlığı qorumaq üçün bərpa olunur”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu endokrinoloq İrina Lenkina deyib.
Həkimin sözlərinə görə, çox az yuxu: altı saatdan az, 2-ci tip şəkərli diabet, eləcə də ürək-damar xəstəliklərinin inkişaf riskini artırır.
Bundan əlavə, yuxusuzluq iştaha mənfi təsir göstərir, çünki yuxu çatışmazlığı olduqda bədən yüksək kalorili qida tələb edir. Nəticədə insan daha çox yağlı və karbohidratla zəngin qidalar yeməyə başlayır. Altı saatdan az yatan insanlar böyük çəki artımına meyllidirlər. Yuxu zamanı orqanizm iştahı tənzimləyən vacib hormonları, leptin və qrelini sintez edir. Leptin iştahı yatırır, qrelin isə əksinə onu stimullaşdırır. Yuxunun olmaması leptin səviyyəsini azaldır və qrelin səviyyəsini artırır, bu da həddindən artıq yeməyə səbəb olur”, - deyə Lenkina bildirib.
Həkim əmin edib ki, kifayət qədər yuxu təkcə istirahət etmək deyil, həm də normal çəki və sağlam həyat tərzini saxlamaq üçün açardır. Daha yaxşı yuxu almaq üçün o, yatmazdan bir neçə saat əvvəl qida qəbulunu məhdudlaşdırmağa, yataq otağını havalandırmağa, qadcetləri kənara qoymağa və çox gec olmamağa çağırıb.