ABŞ ordusu Müdafiə naziri Pit Heqsethin göstərişi ilə Şərqi Sakit okeanda narkotik daşıdığı və terror qrupları ilə əlaqəli olduğu iddia edilən 3 qayığa hava və dəniz hücumu həyata keçirib.
Medianews.az xarici mediyaya istinadən xəbər verir ki, hücum nəticəsində qayıqlarda olan 8 nəfər həlak olub.
ABŞ Cənub Komandanlığının (SOUTHCOM) məlumatına görə, əməliyyat beynəlxalq sularda aparılıb. Bildirilir ki, birinci qayıqda 3, ikinci qayıqda 2, üçüncü qayıqda isə 3 nəfər olub.
ABŞ prezidenti Donald Trampın Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı ordudan daha fəal istifadəni nəzərdə tutan sərəncamından sonra bölgədə hərbi əməliyyatlar intensivləşib. Son hücumlar beynəlxalq ictimaiyyətdə “məhkəməsiz edam” iddiaları ilə müzakirələrə səbəb olub.
Medianews.az