12.07.2025, 15:21
175 baxış
Lamiyə
Sumqayıtda zavodda tüstülənmə - Qurğular dayandırıldı + VİDEO
Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.
Medianews.az xəbər verir ki, bu barədə Report-a “Azərikimya” İB-dən məlumat verilib.
Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.