Medianews.az
Postsovet məkanında ictimai rəy Azərbaycanın tərəfindədir – <span style=color:red>Politoloq
264 baxış

Postsovet məkanında ictimai rəy Azərbaycanın tərəfindədir – Politoloq

“Sosial şəbəkələri izləməklə baş verən hər hansı hadisə ilə bağlı cəmiyyətin mövqeyini önəmli şəkildə bilmək olur”. Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, bu baxımdan ötən ay Rusiya ilə Azərbaycan arasında baş vermiş gərginlikdə postsovet ölkələrinin ictimai rəyinin bütövlükdə Azərbaycanın tərəfində olduğunu görmək mümkündür: “Məsələn, Qazaxıstan cəmiyyətinin böyük hissəsinin Azərbaycanın yanında olduğunu əminliklə söyləyə bilərəm. Qazaxıstanda yutubdan yayım edən kanalların şərh bölməsində yazılan rəyləri tərcümə vasitəsilə oxudum. Azərbaycana tərəddüdsüz dəstəyin, tükənməz sevginin şahidi oldum. Ancaq onu da bilirəm ki, Özbəkistanda Azərbaycana sevgi, rəğbət Qazaxıstandan da böyükdür”. Politoloqun sözlərinə görə, ümumən postsovet ölkələrində üstün rəy belədir ki, Azərbaycanın dirənişi postsovet məkanında geosiyasi vəziyyəti tamamilə dəyişib: “Rusiya ilk dəfə postsovet məkanda ən böyük siyasi məğlubiyyətlə üzləşib. Rusiya bundan sonra postsovet respublikalarına müdaxiləni yuxusunda da görməməlidir. Çünki hər kəs Rusiyaya qarşı birlikdən, imperiyanı məğlub etməyin zəruriliyindən danışır. Qazaxıstanın rəy liderlərindən biri isə Rusiyaya xəbərdarlıq edirdi ki, Azərbaycana qarşı hərbi müdaxiləyə cəhd etsə, Özbəkistan və Qazaxıstan bunu sakit müşahidə etməyəcək. Əksəriyyətin mövqeyi belədir ki, Azərbaycan, Özbəkistan və Qazaxıstanın birliyi Rusiyanın tərkibindəki tatar, başqırd, kalmık və digər türk xalqlarının da dərhal ayağa qalxmasına səbəb olacaq. Heç şübhəsiz ki, Rusiya kəşfiyyatı da sosial şəbəkələri diqqətlə izləyib və xalqların böyük koalisiyasının yarandığını görüb. Proseslərin inkişafı və Rusiyaya qarşı böyük koalisiya qurmaq qabiliyyətini dəfələrlə sübut etmiş dövlətin müdaxiləsi xalqların koalisiyasını dövlətlərin də koalisiyasına çevirə bilər”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun