06.07.2025, 11:15
128 baxış
Azad
Yaponiyada zəlzələ
Yaponiyanın cənub-qərbində 5.4 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Azxəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
İdarənin məlumatına görə, təbii fəlakətin episentri Toşima adasındakı eyniadlı kəndin yaxınlığında yerləşib. Zəlzələnin ocağı 20 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.