O bildirib ki, Rusiya mediasında Azərbaycana qarşı olan basqılar, o cümlədən bir sıra rəsmi şəxslərin Azərbaycan hakimiyyətinə ittihamları, hətta ərazi iddiaları bu terrorun çoxdan hazırlandığını və son bir neçə ildə tədricən həyata keçirildiyini təsdiq etmək üçün kifayət qədər əsas yaradır:
“Əlbəttə, hüquq mühafizə və xüsusi xidmət orqanları sistemində özbaşınalıqlar, qanunsuz həbslər və işgəncələr, qətllərin olması mümkündür və bu Rusiya kimi artıq idarəolunmaz hala gələn ölkədə daha çox təzahür edir. Lakin Yekaterinburqdakı terrorun anatomiyası bir neçə ay əvvəl Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması, Azərbaycanın haqlı tələblərinə baxmayaraq günahkarların müəyyən edilərək cəzalandırılmaması, kompensasiya ödəməkdən inadla boyun qaçırılması kontekstində bu hadisənin təsadüfi və ya xüsusi xidmət orqanlarının özbaşınalığı kimi deyil, məhz düşünülmüş soyuqqanlı siyasətin nəticəsi olduğunu təsdiq edir. Bu siyasətin səbəbləri və mümkün nəticələri isə ayrıca bir təhlil mövzusudur”.
Toğrul Əli,
Medianews.az
03.07.2025, 09:02
271 baxış
Azad
“Yekaterinburq terroru çoxdan hazırlanıb” - Siyasi şərhçi
“Yekaterinburqda və sonradan Rusiyanın bir sıra digər şəhərlərində baş verənlərin Rusiya hakimiyyətinin həyata keçirdiyi dövlət terroru olması şübhə doğurmur”. Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: