Medianews.az
3 yaşlı uşaq 19 yaşlı oğlanı güllələdi: <span style=color:red> Gənc ÖLDÜ
234 baxış

3 yaşlı uşaq 19 yaşlı oğlanı güllələdi: Gənc ÖLDÜ

ABŞ-də üç yaşlı oğlan evdə tapdığı silahla yatmış 19 yaşlı oğlanı vurub. Medianews.az xəbər verir ki, hadisə Corciya ştatında baş verib. İyunun 23-ü səhər saatlarında polis bölməsinə hadisə ilə bağlı zəng daxil olub. Polis əməkdaşları 19 yaşlı Kabrel Pattersonu güllə yarası ilə tapıblar. Təcili yardım gələn zaman gənc sağ olsa da, həkimlər onu xilas edə bilməyiblər. "Hazırda müəyyən edə bildiklərimizə əsasən, üç yaşlı uşaq silah tapdı və təsadüfən yatmış bir gənci vurdu" deyə polis əməkdaşlarda olan Henson bildirib. Müstəntiqlər silahın qohumlarını ziyarət etmək üçün evə gələn Patterson adlı birinə məxsus olduğunu müəyyən ediblər. Oğlanla Patterson arasındakı əlaqənin dərəcəsi göstərilmir. Medianews.az

Bizə qoşulun