18.06.2025, 13:32
123 baxış
Nailə
Xameneyi televiziya ilə İran xalqına müraciət edəcək
İsrailin İslam Respublikasına irimiqyaslı hücumları ilə eyni zamanda İranın ali rəhbəri Əli Xameneyi “tezliklə mühüm mesajla xalqına müraciət edəcək”.
Məlumata görə, “həssas regional proseslər və Tehrana qarşı təhdidlərin artması fonunda bu mesaj İranın “düşmən addımlara” qarşı gələcək istiqamətini aydınlaşdıra bilər”.
“Xameneyinin müraciətində milli təhlükəsizlik, ərazi bütövlüyünün müdafiəsi və düşmənlərin son hücumlarına cavab verilməsi ilə bağlı strateji məqamların yer alacağının gözlənildiyi” qeyd edilib. (Namehnews)