Medianews.az
Azərbaycan xalqı taleyinin ən məsuliyyətli dövrlərindən birinə daxil olub – <span style=color:red>İsrail-İran müharibəsi
248 baxış

Azərbaycan xalqı taleyinin ən məsuliyyətli dövrlərindən birinə daxil olub – İsrail-İran müharibəsi

İsrailin İrana qarşı ötən gecə başlatdığı hücumlarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi öldürülüb. Politoloq Xaqani Cəfərlinin Medianews.az-a bildirdiyinə görə, bu onu göstərir ki, İsrail İranın hərbi-siyasi rəhbərliyini məhv etmək iqtidarındadır və çox böyük ehtimalla bu istiqamətdə fəaliyyətini davam etdirəcək: “Belə görünür ki, İsrail İranın nüvə proqramını və hərbi qüvvələrini məhv etməklə yanaşı hərbi-siyasi hakimiyyətini ortadan qaldırmaqla rejim dəyişikliyinə nail olmağa çalışır. Məlumatlara görə İran silahlı müxalifəti və kürd yaraqlıları da yaxın zamanda hərkətə gətiriləcək. Azərbaycan xalqı taleyinin ən məsuliyyətli dövrlərindən birinə daxil olub. Güney Azərbaycanı və İran çoğrafiyasındakı soydaşlarımızı qorumaq üçün Azərbaycan Respublikası bütün addımlara hazır olmalıdır. Güney Azərbaycan şəhərinin və dinc əhalinin təhlükəsiliyi ilə bağlı Azərbaycan cəmiyyətinin narahatlığı İsrail və ABŞ-a çatdırılmalı, Güney Azərbaycana qarşı kürd yaraqlılarının hər hanısa müdaxiləsinə qarşı sərt cavabların veriləcəyi bütün kürd təşkilatlarına xəbərdarlıq edilməlidir. Bu gündən Güney Azərbaycanın təhlükəsizliyi Azərbaycan dövlətinin və cəmiyyətinin birinci vəzifəsi olmalıdır”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun