12.06.2025, 10:17
168 baxış
Lamiyə
Münaqişəyə son qoya biləcək şəxsin adını ÇƏKDİ
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə qadir olan yeganə dünya lideri ABŞ prezidenti Donald Trampdır”.
Medianews.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O qeyd edib ki, Ağ Ev rəhbərinin Rusiyaya qarşı lazımi “rıçaq”ları var. Bu, Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı potensial yeni sanksiyalara aiddir - ilk növbədə enerji sektoru ilə bağlı. Zelenski vurğulayıb ki, bununla belə, Amerikanın yeni məhdudiyyətlər paketinin nə qədər güclü olacağı hələ məlum deyil.
O, əlavə edib ki, anti-Rusiya sanksiyalarının növbəti raundu güclü olarsa, bu, Ukraynadakı münaqişəyə son qoya bilər. “Hər şey onun (Trampın) əlindədir... Qərar vermənin sürəti ondan asılıdır”, - deyə Zelenski yekunlaşdırıb.
Medianews.az
Paylaş: