Medianews.az
Çini Rusiyadan qoparmağın real yolu budur - <span style=color:red>Politoloq
192 baxış

Çini Rusiyadan qoparmağın real yolu budur - Politoloq

ABŞ və Avropa Birliyi yalnız indi Çinlə bağlı nisbətən düzgün və strateji siyasət kursuna dönür. Hər addımda Çini sıxmaq nəyə lazım idi ki, o da hər sıxıldıqca gedib Rusiya ilə eyni mövqeyə daha çox sığınsın?! Əsas hədəf Rusiyanı dünyada təkləməkdirsə, onun yolu Çini sıxmaq deyildi. Bir yandan Avropa Çin maşınlarına böyük vergi qoydu, nədi-nədi Çinin maşınları daha kasıbyana modellər olduğu üçün Avropanın yerli avtomobillərini bazarda sürətlə sıxışdırır. 1-2 milyonluq qiymətə avtomobil buraxanda Avropa istehsalçıları bilmirdilər ki, bir gün Çin daha sosial səviyyəli avtomobillər buraxmaqla Avropa brendlərinin bazarını şikəst edəcək?! 1-2 milyonluq maşınlar əksəriyyət üçün yox, ərəb dünyasında və Afrika qitəsində kök salmış avtoritar-diktator ailələrin "kefəqulu" uşaqları və qohum-əqrəbaları üçündür. Belə istehsal hədəfinə yönəlmək bazarda gec-tez uğursuzluq gətirməli idi. Donald Tramp ABŞ Prezidenti postuna qayıdan kimi o da Çini sıxmağa başladı. Gömrük rüsumlarını dəfələrlə qaldırdı. Axırda özü peşman oldu. İndi ABŞ da, Avropa da Çin siyasətini dəyişir. Avropanın ticarət komissarı Çinlə yeni danışıqlara başlayıb. Çin avtomobillərinə qoyulmuş yüksək rüsumları ləğv edirlər. Başa düşmədilər ki, Çin öz işini çoxdan ağıllı qurub, özünün Çery və BYD kimi kütləvi brend zavodlarını Avropa ölkələrində inşa edib, həm maşın buraxır, həm də avropalıları işlə təmin edir. Avropalılar isə başlanğıcda tuta bilmədilər ki, Çin maşınlarının bazarına mane olsalar, Avropada işsizlər ordusu artacaq. Tramp da səhv yoldan qayıtdı. Çinlə razılaşdı, saziş imzaladı, Çin mallarına qoyulan rüsum simvolik həddə salındı, Çindən nadir torpaq metallarını su qiymətinə alacaq, əvəzində Çin tələbələrinin Amerikada təhsil almaq imkanları bərpa olundu. Bax belə... ABŞ-ın və Avropanın yalnız belə siyasəti Çini Rusiyadan qoparmaq üçün nisbətən daha uyğun yoldur, nəinki Çini Rusiyaya qatıb "qamçılamaq"... Aydın Quliyev, politoloq

Bizə qoşulun