Medianews.az
Dörd ayda problemli kreditlər <span style=color:red>nə qədər artıb?
189 baxış

Dörd ayda problemli kreditlər nə qədər artıb?

Mərkəzi Bank mayın 1-nə ödəniş vaxtı keçmiş kreditləri 502,6 milyon manat göstərib. Medianews.az bildirir ki, bu, ilin əvvəli ilə müqayisədə 53,5 milyon manat çoxdur. 2025-ci il 449,1 milyon manat problemli kreditlə başlamışdı. Yaxın tarixə nəzər salsaq, rəsmi statistika 2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib. 2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib. 2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat olub. Toğrul Əli, Medianews.az

Bizə qoşulun