Medianews.az
Altayda 5,4 bal gücündə zəlzələ <span style=color:red>baş verib
113 baxış

Altayda 5,4 bal gücündə zəlzələ baş verib

Rusiyanın Altay Respublikasının Koş-Ağaç rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb . Agentliyin məlumatına görə, təbii fəlakətin episentri Qızıl-Taş kəndindən 12 km cənub-şərqdə yerləşib. "Zəlzələ Qoş-Ağaç, Ulaqan, Onquday rayonlarında və Qorno-Altaysk şəhərində hiss edilib”, - məlumatda deyilir. Zəlzələ nəticəsində xəsarət alan olmayıb. Sosial əhəmiyyətli obyektlərə də heç bir ziyan dəyməyib, təbii fəlakət zonasında həyati təminat sistemləri normal rejimdə fəaliyyətini davam etdirir./Publika.az/

Bizə qoşulun