Medianews.az
Ehtiyatsızlıqdan yıxılan kişi 1 həftə <span style=color:red>sonra öldü
109 baxış

Ehtiyatsızlıqdan yıxılan kişi 1 həftə sonra öldü

Bakıda ehtiyatsızlıqdan xəsarət alan şəxs vəfat edib. “Qafqazinfo” xəbər verir ki, mayın 14-ü saat 13 radələrində 1951-ci il təvəllüdlü Fəxrəddin Kərimov yaşadığı Biləcəri qəsəbəsi Xəqani küçəsindəki evinin həyətində yıxılıb. Kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş F.Kərimov tibbi yardımlara baxmayaraq, 1 həftə sonra vəfat edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun