Medianews.az
PKK-nın özünü ləğv etməsi qərarında Türkiyədən hansı dəyişikliklərə getmək <span style=color:red>çağırışı yer alıb?
124 baxış

PKK-nın özünü ləğv etməsi qərarında Türkiyədən hansı dəyişikliklərə getmək çağırışı yer alıb?

Türkiyə və Qərb ölkələri tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın özünü ləğv etməsi nə qədər sevindirici hadisədirsə, terror təşkilatının qərarında Türkiyə Cümhuriyyətinin yaranışını, sərhədlərini tanıyan Lozanna müqaviləsini, Türk dövlətinin kimliyini və dövlət fəlsəfəsini müəyyən edən 1924-cü il Konstitusiyasını hədəf alan açıqlaması o qədər təhlükəlidir. Terror təşkilatının açıqlamasında qeyd edilir ki, PKK Lozanna müqaviləsindən və 1924-cü il Konstitusiyasından qaynaqlanan kürdləri inkar və məhv etmə siyasətinə qarşı kürd xalqının azadlıq hərəkatı kimi tarix səhnəsinə çıxmışdır. Bütün bunlar azmış kimi, Türkiyənin Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı fikirlər səslənir. Əgər bəhs edilən dəyişikliklər həyata keçirilsə, böyük Mustafa Kamal Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin mahiyyəti tamamilə dəyişəcək. Türkiyə Cümhuriyyətinin yaranışını, sərhədlərini tanıyan Lozanna müqaviləsini, Türk dövlətinin kimliyini və dövlət fəlsəfəsini müəyyən edən 1924-cü il Konstitusiyanı hədəf almış açıqlama ilə barışıb-barışmamaq, Konstitusiyaya dəyişikliklərə razılıq verib-verməmək Türkiyə vətəndaşlarının müstəsna hüququdur və buna müdaxilə etmək niyyətim yoxdur. Bu fikirləri yazmaqda yeganə məqsədim Türkiyədə son günlər baş verənlərin fonunda Güney Azərbaycanda bizi hansı təhlükələrin gözləyə biləcəyi ilə bağlı xəbərdarlıq etməkdir. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun