Medianews.az
Kriptovalyutalarla bağlı <span style=color:red>AĞLASIĞMAZ PLAN
229 baxış

Kriptovalyutalarla bağlı AĞLASIĞMAZ PLAN

İndən belə kriptovalyutalar Rusiya Federasiyasında məqsədli şəkildə müxtəlif cinayətləri gizlətmək üçün vasitə hesab olunacaq, eyni zamanda şəxsi mülkiyyət kimi müsadirə edilə biləcək. Medianews.az xəbər verir ki, Rusiyada yeni qanunlar tətbiq edilir. Rusiya hökuməti müxtəlif məzmunlu cinayət işlərində kriptovalyuta hesabları dövriyyəsinin qarşısının alınması, həm də kriptovalyutanın cinayət işində bir vasitə kimi təcili müsadirə edilməsi mexanizmini təsdiqləyir. Hökumətin qanunvericilik fəaliyyəti üzrə komissiyası kriptovalyutanın mülkiyyət kimi tanınmasına, eləcə də cinayət işləri çərçivəsində müsadirə edilməsinə imkan verəcək qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Rusiya Federasiyasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur. Yeni dəyişikliklərə əsasən kriptovalyuta artıq cinayət məqsədləri üçün mülkiyyət vasitəsi kimi tanınır. Medianews.az

Bizə qoşulun