Medianews.az
20 gündə Mərkəzi Bankın valyuta ehtiyatları <span style=color:red>41,5 milyard dollar əriyib
167 baxış

20 gündə Mərkəzi Bankın valyuta ehtiyatları 41,5 milyard dollar əriyib

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna və ümumən Cühmhuriyyət Xalq Partiyasına qarşı 19 mart əməliyyatından bəri Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 41,5 milyard dollar həcmində əriyib. Nəticədə ölkənin valyuta ehtiyatları 19,3 milyard dollara düşüb”. Bunu Medianews.az-a açıqlamasında siyasi şərhçi Şahin Cəfərli deyib. O bildirib ki, bazarın bu reaksiyası xalq etirazları ilə bərabər Prezident Rəcəb Tayyib Ərdoğanı hazırladığı planın 2-ci və 3-cü bəndlərini həyata keçirməkdən çəkindirən əsas faktordur: “Planın 2-ci bəndi İstanbul Böyükşəhər Bələdiyyəsinə qəyyum təyin edilməsi, 3-cü bəndi isə Cühmhuriyyət Xalq Partiyası rəhbərliyini uzaqlaşdıraraq partiyanın qəyyum heyətinə verilməsi idi. Bütün bunlar yekun nəticədə əsas müxalif gücün iflic olmasına, seçki institutunun formallığa çevrilməsinə və seçkilərin nəticələrinin seçkilərdən əvvəl müəyyənləşdiyi bir reallığın yaranmasına, başqa sözlə, Türkiyə demokratiyasının dəfninə gətirib çıxaracaqdı. Bu səbəbdən 19 martda başlayan etirazlar və sivil itaətsizlik aksiyaları Türkiyə siyasi tarixinin vacib səhifələrindən biridir və gələcəkdə bu mövzuda kitablar, elmi məqalələr yazılacaq, sənədli filmlər çəkiləcək”. Ş.Cəfərlinin fikrincə, Türkiyəni diktatura girdabına sürüklənməkdən xilas edən üç əsas amil var: - Kor-topal da olsa, 70 illik demokratiya təcrübəsi və bu müddətdə təşəkkül tapmış demokratik institutlar; - Dünya iqtisadiyyatına inteqrasiya olmuş bazar iqtisadiyyatı sistemi; - Təbii sərvətlərin olmaması. Ş.Cəfərli hesab edir ki, Türkiyəni hələ qarşıda çox çətin sınaqlar gözləyir. Medianews.az

Bizə qoşulun