Medianews.az
“Sən başqa şeylə gündəmdəsən, sənətlə yox” - Afət Fərmanqızından Kəmalə Günəşliyə <span style=color:red>CAVAB
194 baxış

“Sən başqa şeylə gündəmdəsən, sənətlə yox” - Afət Fərmanqızından Kəmalə Günəşliyə CAVAB

“Gündəm axtarırlar. “Rəngarəng” verilişində o xanım deyir ki, Afət gündəmdə deyil. Gündəmdə deyiləmsə niyə adımı çəkirsən? Kimlərəsə xoş gəlsin deyə söz atır. Bu da yaltaqlığın bir növüdür. Sonra onlara desin ki, “gördün Afətə nə dedim?”. Fikirləşir ki, Afət də cavab verər, mənim üçün gündəm olar. Cavab verməsə də deyəcəm ki, qorxdu, cavab vermədi. Mən əlbəttə ki, 100 faiz cavab verəcəyəm”. Bunu Medianews.az -a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı həmkarı Kəmalə Günəşlinin onun haqda açıqlamalarına münasibət bildirərkən deyib. O, daha sonra əlavə edib: “Sizin sayt vasitəsilə bildirirəm ki, bundan sonra kim mənim adımı çəkəcəksə hesabıma yaxşı pul köçürsün. Çünki onlara gündəm verirəm. Gündəm vermirəmsə adımı çəkməsinlər. Mən çəkməmişəm ki, adlarını. Onlar adımı çəkirsə demək ki, onların mənə ehtiyacı var da. Mənim onlara ehtiyacım olsaydı birinci mən çəkərdim. Deyir ki, mən gündəmdəyəm! Gündəmdəsənsə mahnını oxu, pulunu qazan da, mənim adımı niyə çəkirsən ki? Deməli özün özünü təkzib edirsən ki, gündəmdə deyilsən! Sən başqa şeylə gündəmdəsən, sənətlə yox. İndi də istəyirsən sənətlə gündəmə gələsən, ona görə də söz atmağın vaxtı çatıb. Özü də sənətkarlara söz atırsan. Başda xalq artisti Aygün Kazımova olmaqla. Söz atırsan ki, sənətə də aidiyyatın olsun. Amma sən artıq başqa işlə möhür vurmusan. Özü bilir işinin adı nədir? Sənətin varsa get mahnı oxu da. Gərək söz atasan?” deyə müğənni bildirib. Afət Fərmanqızı bildirib ki, haqqında xəbərlər yayılıb ki, guya o digər həmkarlarının Rusiyada toy bazarına daxil olmalarına mane olur: “Bu gülməli məsələdir. Siz ev sahibisiz! Başqa müğənni istəyirsiz! Tutaq ki, Xatirə İslamı.. Mən hardan bilirəm ki, siz toy edirsiz, bir işimi-gücümü də atıb gedib mane olum?! Moskva şəhəri Azərbaycandan böyükdür. Əhalisi də 2 dəfə artıqdır. Mən kimi tanıyıram ki, gedim deyim ki, bunu çağırma, onu çağır. Rusiyada görürlər ki, Afət toyu necə aparır. Burada super toylar elə özümdədir, məndədir. Hər gün toydayam. Bu sezon Tacir Şahmalıoğlu ilə işləyirik. Ona təklif etdim ki, getmə Azərbaycana, gəl burada əl-ələ verib işləyək. Sağ olsun təklifimi qəbul edib qaldı. Sabah da, biri gün də əl-ələ verib toylarımızı oxuyacağıq” deyə müğənni bildirib. Əli Əsgər, Medianews.az

Bizə qoşulun