14.02.2025, 13:53
256 baxış
Azad
"Qladiator" Rassel Krou tarixi dramda rol alacaq
"Oskar" mükafatına namizəd İtan Houkla "Oskar" laureatı, Hollivud ulduzu Rassel Krou lentə alınacaq "Çəki" adlı tarixi kino əsərində birlikdə baş rol almaq üçün yeni müqavilə imzalayıblar.
Yeni çəkiləcək filmin rejissoru Padrayk Makkinli olacaq.
Medianews.az-ın məlumatına görə, layihənin rəsmi təsvirində deyilir ki, filmdə həyat yoldaşının ölümündən sonra həbs olunan, yaramaz nəzarətçi Klansinin idarə etdiyi əmək düşərgəsində işgəncə, daima vəhşiliklər görən Samuel Merfidən bəhs ediləcək.
Merfi həbsdən qaçıb qızı Penninin qəyyumluğunu bərpa etmək istəyir, lakin təsadüfən təhlükəli qızıl qaçaqmalçılığı şəbəkəsinə qoşulur və özünü cani kimi sanki kəşf edir.
Filmdəki hadisələr real həyatdan götürülüb və əhvalat ötən əsrin 30-cu illərinə baş verib.
Film hətta Bavariya regional film fondu "FFF Bayern"dən 2 milyon avro maliyyə də ala bilib və çox güman, çəkilişlər bu ilin yayında Bavariyada başlanacaq.
Hazırda bir neçə filmə, eləcə də musiqili drama çəkilən aktyor İtan Houkun uzun müddətdir başı çəkilişlərə qarışıb.
Hollivud ulduzu Rassel Krouya gəlincə, o, tezliklə "İçimdəki canavar" adlanan yeni idman dramında görünəcək. Bu məlumatı Rassel Krou özü təsdiq edib.
Paylaş: