09.02.2025, 11:43
136 baxış
Nailə
Sabah yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Fevralın 10-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Paylaş: