Medianews.az
Atasının bu obrazını yenidən<span style=color:red> CANLANDIRACAQ
208 baxış

Atasının bu obrazını yenidən CANLANDIRACAQ

1980-ci ildə çəkilən və baş rolunu Türkiyənin tanınmış aktyoru Kemal Sunalın canlandırdığı “Zübük” filmi yenidən çəkiləcək. “Qafqazinfo” xəbər verir ki, sözügedən filmə Ezel Akay rejissorluq edəcək. Rejissor “Zübük”ün yeni versiyası üçün Kemal Sunalın oğlu Ali Sunalla razılaşdığını açıqlayıb. Akay illər əvvəl də bu rolu Ali Sunala təklif etdiyini, amma aktyorun “atamın rollarını oynaya bilmərəm”, deyərək rədd cavabı verdiyini bildirib. Lakin keçən müddət ərzində rejissor Ali Sunalı razılığa gətirdiyini vurğulayıb.

Bizə qoşulun