Çinin Hebey bölgəsindəki Genting Resort Secret Garden xizək kurortunda balaca qız 12 metr hündürlükdə olan kanatdan yıxılaraq ağacların üzərinə düşüb.
Medianews.az SonDakika.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 8-də baş verib.
Kadırlarda uşağın kanat oturacağından tutmağa çalışdığı, daha sonra gücünü itirib düşdüyü görünür.
Ağac budaqlarının və yumşaq qarın təsiri ilə yıxılma nəticəsində uşaq ciddi xəsarət almayıb.
Kanatda uşaqla birlikdə daha üç nəfər olub, lakin onlar yıxılan zaman bunu hiss etməyiblər.
https://www.sondakika.com/3-sayfa/haber-kucuk-cocuk-teleferikten-agaclarin-uzerine-dustu-18240152/