28.12.2024, 08:42
226 baxış
Lamiyə
Son on ilin ən güclü ZƏLZƏLƏSİ - 1,1 bal gücündə
Finlandiyada son on ildə ən güclü zəlzələ dekabrın 27-də Helsinkidə baş verib.
Medianews.az xəbər verir ki, zəlzələ 1,1 bal gücündə qiymətləndirilib.
Əvvəlcə sakinlər qərara gəliblər ki, partlayış olub. Onlar polisə evlərdən və binalardan keçən “qeyri-müəyyən dalğa” barədə məlumat veriblər, lakin partlayışlar və dağıntılar barədə məlumat olmayıb.
Zəlzələnin dəqiq səbəbi məlum deyil.
Əvvəlki zəlzələ 2013-cü ildə 1 bal gücündə olub. Sonra maqnituda 1,7 olub.