Medianews.az
Vətəndaş bu səbəbə görə <span style=color:red>nə kredit götürə bilir, nə pensiya ala - <span style=color:red>DİQQƏT!
482 baxış

Vətəndaş bu səbəbə görə nə kredit götürə bilir, nə pensiya ala - DİQQƏT!

İmişli rayonu Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb. Milli.Az xəbər verir ki,şikayətçi Əliəkbər Nuruşovdur. O bildirib ki, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib. O iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb. Vətəndaş məsələnin həll olunmasını istəyir. DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır. O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar.

Bizə qoşulun