14.12.2024, 05:16
124 baxış
Lamiyə
Çilidə güclü zəlzələ olub
Çilinin mərkəzində 6,2 maqnitudalı zəlzələ olub.
Medianews.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri əhali sayı 102 min olan Kuriko şəhərindən 75 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 100 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl İranın şimalında zəlzələ olmuşdu.