İmişlidən Səyyad bəy adlı oxucumuz zəng vurub deyir: “Telekanalizasiyada eybəcər uşaqların doğulması haqda süjetə baxdım. Aparıcı deyirdi ki, bu cür uşaqların doğulması ölkəmizə geni dəyişdirilmiş məhsulların gətirilməsi ilə bağlıdır. Bəs gətirilməsi qanunla qadağan edilən bu məhsullar Azərbaycana necə keçir? Sərhəd, gömrük xidmətləri hara baxır? Məncə, son vaxtlar müdafiə naziri Zakir müəllim yaxşı işləyir, qoy sərhəddən alma-armud keçirilməsinə nəzarət də ona tapşırılsın, millət də rahat yeməyini yesin”.
Doğrudan da, Zakir müəllimin sayəsində son aylar rahat yatırıq, hətta bəziləri yorğansız yatır, çünki arxayınçılıqdır. Bu adam ordudan babat kliplər çəkdirib “damdaradam” musiqilərin müşayiəti altında millətdə ruh yüksəkliyi qayırmağın bütün çağdaş üsullarına kamil şəkildə yiyələnmişdir. Vallah, hərdən görürsən Zakir müəllim hansısa tankın tırtılını təpikləyib sonra əzmkarlıqla əsgərlərlə çörək yeyir, adam iştaha gəlir, az qalırsan təzədən durub gedəsən əsgərliyə. Orduya penoplast üzlük, bəzəkli hasar çəkməyin ustasıdır.
Bizə ayrı nə lazımdır ki? Ordu quruculuğu elə bu cür olur. Yaxşı yadımdadır, sinif yoldaşım Firudin Hacıyev 1992-ci ildə Qarabağda bir yüksəkliyin alınmasında iştirak etmişdi, ondan soruşmuşdum əməliyyat necə olub, demişdi: “Səhər hücum əmri verildi, səngərimizdən qalxan kimi ermənilər güllə yağdırdı, hamı istədi qaçsın, tabor komandiri gəldi, ayağımızın altından bir daraq güllə buraxdı, dedi qabağa getməyən filan-filan olsun. Pis söydü. Bir az getdik, yenə düşmən atdı, biz geri qaçanda yenə komandir söyüş qoydu. Beləcə, söyə-söyə bizi yüksəkliyə qaldırdı, ermənilər də qaçdılar”. İndi Zakir müəllim də qısa müddətdə maraqlı kliplərlə Qarabağın yarısını azad etmişdir. Biz çox sevinirik, sevinməyən ermənidir!
Sözümün canı odur ki, şair demişkən, “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”. Biz gərək Avropa Oyunlarını keçirməyi, təşkilat komitəsinin sədrliyini də Zakir müəllimə tapşıraq. Qeyd elədiyim kimi, adları da oxşayır - AO, yəni istəsən bunu Avropa Oyunları oxu, istəsən Azərbaycan Ordusu. Bu arada Roma papasına dərin nifrətimi bəyan etməyi borc bilirəm. Heydər Əliyev Fondunun Vatikanın remontuna ayırdığı pul da haram xoşları olsun. Ümid edirəm o remont bizim pullar sərf edilən başqa remontlar kimi başdansovdu, yeyinti ilə aparılıb və tezliklə Vatikanın penoplast üzlükləri də Xətaidəki yetimlərin evi kimi od tutub yanar, ilahi, amin! Müsəlmanın ahı yaman şeydir.
Məmləkətdə Avropa Oyunlarına hazırlıq səviyyəsi isə günü-gündən artır.
Tez-tez belə xəbərlər oxuyuruq: “Qaradağ rayonu Avropa Oyunlarına hazırlaşır”, “Yasamalda Avropa Oyunları münasibəti ilə əhaliyə qaz verilmişdir”, “Kürdəmir Avropa Oyunlarında Mingəçevirə avar çəkməyə gedəcək idmançılar üçün yol qırağında dinc abadlıq işləri aparır” və sairə. Yeri gəlmişkən, İlhamiz adlı bir oxucu var, hər gün məktub yazıb soruşur ki, Avropa Oyunları nə deməkdir, bəyəm Afrika, Avstraliya, Amerika oyunları da varmı? Rəsmən məni terror edir, o üzdən cavab verirəm: bəli, İlhamiz bəy, var. Hər materikin oyunları var, inşallah, gələn il də Avstraliya oyunlarını almışıq, hamımız kenquru kimi hoppanacağıq. 2017-ci ildə İslam Oyunlarını, 2018-ci ildə isə Buşmen Oyunlarını almışıq. Qəmişini məndən çək.
Mən uca millətimizin bu oyunlara şiddətli marağını nəzərə alıb dövlət quruluşumuzda dəyişiklik edilməsinin tərəfdarıyam. Örnək üçün, konstitusiyamızda belə yazıla bilər: “Azərbaycan stadion quruluşlu, oyuncaq monarxiya hakimiyyətli turnirist dövlətdir. Dövlət rəhbərliyi turnirlər yolu ilə müəyyənləşir, ən çox turnikdə çəkilən adam respublikanın baş məşqçisi seçilir. Baş məşqçi komandanı (keçmiş əhali) yarışlara uyğun rejimdə saxlamağa borcludur. Hər 5 ildən bir ən yaxşı əl çalan, bağıran azarkeşlərdən 125 nəfərlik deputatxana qayırılır”.
İndi söz əlaqədar turnir iştirakçılarınındır.
15.04.2015, 06:47
268 baxış
Zamin Hacı
Stadion quruluşlu dövlət