Molla Nəsrəddinin bir lətifəsində evə girəndə ələk qalır ayağının altında, yıxılır qolunu əzir, sonra qəzəblə durub ələyə təpik vurur, ələk divara dəyib qayıdır, bu dəfə gözünün altını qaraldır. Durum Mollanı necə əsəbləşdirirsə baltanı götürüb müdafiə pozası alır, ələyə deyir: “Gəl, lap istəyirsən get de, bütün ələklər gəlsin!”
Bizim indi Avropa Oyunları qayırmağımız təxminən bu lətifədəki durumu xatırladır. Yapistlər oyunların bütün xərclərini, o cümlədən iştirakçı komandaların yol puluna qədər hər şeyi yazıq Azərbaycan xalqından sümürülən pullarla ödəyəcəklərini bəyan eləyəndən bəri bütün “ələklər” ölkəmizə axışmaqdadır. Örnək üçün, martın 9-da Rusiya prezidentinin köməkçisi, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitinin Bakı səfərində verdiyi açıqlamanı göstərə bilərik. Levitin 1-ci Avropa oyunlarına Rusiyanın nə az, nə çox: 300-ə yaxın idmançı ilə qatılacağını söyləyib! Müqayisə üçün Rusiyanın son qış olimpiadasına - elə öz ərazisində keçirilən Soçi yarışına cəmi 225 idmançı ilə qatıldığını yada salaq.
Əlbəttə, olimpiada ilə taleyi qeyri-müəyyən, bic doğulmuş Avropa yay oyunlarını (çünki bunu Avropadakı idman bürokratları qaz neft-qaz ölkələrini yolmaq üçün bicliklə quraşdırıblar) müqayisə eləmək doğru deyil. Üstəlik, olimpiadada iştirak üçün öncə seçmə turnirlərində yarışmaq, lisenziyalar qazanmaq lazımdır. Avropa oyunlarında isə bunların heç biri yoxdur - kimi istəsən götür gəl. Hazırda dünya dövlətlərindəki idman lotuları məhz bu prinsiplə komandalar qayırıb Azərbaycanda müftə yemək-içməyə hazırlaşırlar.
Ancaq hər halda Rusiyanın özü keçirdiyi, xərcini çəkdiyi turnirə 225, başqasının müftə turnirinə isə 300 idmançı ilə qatılmağı bir az da görməmişlik, acgözlük əlamətidir. Necə deyərlər, tutalım məscidin qapısı açıqdır, bəs itin abrına nə gəlib?
O biri komandalardan xəbərim yoxdur, ümid edirəm Malta 500 nəfər, Andorra isə bütün əhalisini yığıb göndərməz. Biz də yazığıq axı. Sizin xərcinizi biz ödəyirik.
Qəfil yadıma düşdü, nənəmin danışdığı bir olayı da burda yazım, çünki əsl yeridir.
Sovet vaxtı, İkinci Dünya savaşından az sonra Qarabağın kəndlərindən birinə qonaq gəlir. Ev yiyəsi baxır qonağa bişirməyə bir yumurtadan başqa heç nə yoxdur, bunu qayğanaq eləyir, qoyur süfrəyə. Qonaq məsələni bilmədiyi üçün iştahla yeyirmiş, bu vaxt ev yiyəsinin balaca oğlu qəzəblə deyir: “Qonaq, hamısı sənin deyil, bəsdir yedin!”. Sən demə, yazıq uşaq ümid edirmiş qonaq yumurtanı sonacan yeməyəcək, artığı da bu sivirəcək. Həmin uşaq böyüyüb yekə kişi olmuşdu, bizim qonşu idi, hər dəfə onu görəndə nənəmin danışdığı olayı ürək ağrısı ilə xatırlayırdım. Halbuki, nənəm bunu mənə guya yumor kimi danışmışdı. Yumor idisə də, çox qara yumor idi.
Sözümün canı odur ki, Avropa oyunlarına gələn avropalı komandalara müraciət etməliyik, qoy onlar bizim dəlmədeşik büdcəmizi tamam silib-süpürüb aparmasınlar, müəllimlərə, həkimlərə, polislərə, başqa büdcə zəhmətkeşlərinə də nəsə qırıq-quruq qalsın. Çünki onlara bir şey qalmayanda onlar da bizi - qeyri-büdcə zəhmətkeşlərini basıb yeyirlər.
Bu arada bu boyda idman zıppıltısı içərisində olan dövlətin təzə təhsil naziri Mikayıl müəllimin universitetlərdə idman, bədən tərbiyəsi dərslərini ləğv eləməsi əcaib qərardır. Formal idman dərslərini real dərslərə çevirmək, universitetlər arasında idman yarışları qayırmaq əvəzinə bu nə addımdır? Xaricdən gələn itin-qurdun idmanına pul xərcləyə bilirsiniz, öz tələbə gənclərimizin sağlam böyüməsinə niyə maraqlı deyilsiniz? Şəxsən mən “Narxoz”da oxuyarkən, sovet dövründə “Gənclik” metrosunun üstündəki Manejə gəlib idman dərsi keçməyimizi xoş xatırlayıram. Bir qocaman müəllimimiz də vardı, şəxsən məndən heç rüşvət istəməzdi, “Narxoz”da isə bu, adi hal sayılmazdı. Adı yadımdan çıxıb, heyf ki. Deyəsən, Adil müəllim idi.
Siz də adil olun. Hər anlamda.
11.03.2015, 07:29
293 baxış
Zamin Hacı
Ələklərin hücumu - Zamin Hacı