Medianews.az
"İlin ən yaxşı klubu" adına namizədlər -
129 baxış

"İlin ən yaxşı klubu" adına namizədlər - SİYAHI

2025-ci ilin "Globe Soccer Awards" mükafatına “İlin ən yaxşı klubu” nominasiyası üçün namizədlər açıqlanıb.

Publika.az xəbər verir ki, mükafata “Əl-Əhli”, “Barselona”, “Bayern”, “Çelsi”, “Kristal Pelas”, “Flamenqo”, “İnter”, “Liverpul”, “Napoli”, “Nyukasl”, “Palmeyras”, PSJ, PSV, “Piramids”, “Sportinq” (Lissabon) və “Tottenhem” kimi klublar namizəd göstərilib.

"Globe Soccer Awards" hər il keçirilən mükafat mərasimi olub, futbolda ən böyük nailiyyətlər əldə edən şəxsləri və komandaları müəyyən edir. Müxtəlif nominasiya qalibləri səsvermə yolu ilə seçilir.

Qeyd edək ki, 2024-cü ildə “İlin ən yaxşı klubu” adı Madrid “Real”ına verilib.

Bizə qoşulun