Medianews.az
İlham İsmayılın səhhəti yaxşılaşıb
122 baxış

İlham İsmayılın səhhəti yaxşılaşıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında müalicə olunan ictimai xadim İlham İsmayılın səhhəti yaxşılaşıb.

Medianews.az-ın İlham İsmayılın yaxınlarından əldə etdiyi məlumata görə, onun onikibarmaq bağırsağında xora üzə çıxıb, bunu da müalicə ilə aradan qaldırmaq mümkündür.

İlham İsmayıl ürək-damar xəstəliyindən əziyyət çəkir. Son günlər soyuqladığı üçün evdə yatan İlham İsmayıl xəstəxanaya yanvarın 18-də daxili qanaxma diaqnozu ilə yerləşdirilib.

1957-ci il təvəllüdlü İlham İsmayıl Birinci Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenantdır.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub.

İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.

Medianews.az

Bizə qoşulun