Medianews.az
Həkimdən kalsium preparatları ilə bağlı
161 baxış

Həkimdən kalsium preparatları ilə bağlı XƏBƏRDARLIQ

 Kalsium preparatlarının nəzarətsiz qəbulu təhlükəlidir.

Medianews.az bildirir ki, ardioloq Aynur Məmmədovanın  Oxu24.com-a verdiyi məlumata  görə, bəzi pasiyentlər həkim təyinatı olmadan özbaşına kalsium preparatları qəbul edirlər.

Lakin bu, orqanizm üçün faydalı olmaq əvəzinə ciddi fəsadlara səbəb ola bilər.

Həkim bildirir ki, kalsiumun nəzarətsiz qəbulu ürək ritminin pozulmasına, ürəkdə elektrik aktivliyini göstərən QT intervalının dəyişməsinə və müxtəlif ritm pozğunluqlarına gətirib çıxara bilər. Bundan əlavə, damar divarlarında kalsiumun toplanması damarların sərtləşməsinə və nəticədə arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Kardioloqun sözlərinə görə, ürək damarlarında kalsiumun yığılması gələcəkdə ürək-damar xəstəlikləri riskinin artdığını göstərən mühüm göstəricilərdən biri sayılır və tibbdə bu vəziyyət “kalsium skoru” ilə qiymətləndirilir.

Aynur Məmmədova qeyd edir ki, artıq kalsium yalnız damarlarda deyil, həmçinin yumşaq toxumalarda, böyrəklərdə, oynaqlarda və onurğada da toplanaraq müxtəlif problemlərə səbəb ola bilər. Bu isə böyrək daşlarının yaranmasına və dayaq-hərəkət sistemi xəstəliklərinin inkişafına gətirib çıxara bilər.

Həkim vurğulayır ki, kalsium və digər mikroelement preparatları yalnız həkim məsləhəti ilə qəbul edilməlidir və özbaşına istifadədən çəkinmək vacibdir.

Bizə qoşulun