ABŞ-də Nyu-York ştatından olan fəhlənin həbs edildikdən sonra seriyalı qatil olduğu müəyyən edilib.
Medianews.az xəbər verir ki, 62 yaşlı fəhlə Riçard Foks Nyu-York ştatında iki qadını - 2003-cü ildə 40 yaşlı Kassandra Vatsonu və 2021-ci ildə 50 yaşlı Marquita Mullu qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib.
O, günahını etiraf edib və sentyabr ayında 40 il həbs cəzasına məhkum edilib.
Foks indi üçüncü cinayətdə ittiham olunur. Müstəntiqlər onun 32 yaşlı Kristal Kurtoyun ölümündə günahkar olduğunu düşünürlər. O, "seriyalı qatil" adlandırılıb və onun başqa qurbanlarının da ola biləcəyi güman edilir.
Kişi əvvəllər 14 yaşlı qıza təcavüz etməkdə və 42 yaşlı qadına təcavüz etməyə cəhd etməkdə məhkum edilib.
Medianews.az
