Medianews.az
Hacıqabulda qəzada yaralanan gənc
45 baxış

Hacıqabulda qəzada yaralanan gənc vəfat etdi

Hacıqabulda minik avtomobilinin aşması nəticəsində xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu müalicə aldığı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıqabul rayonu Meyniman kəndində “Chevrolet” markalı minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Nihad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilmişdi.

Daha bir nəfərə isə ambulator yardım göstərilmişdi.

Bizə qoşulun