"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir trua üçün 75 dolları ötərək, tarixi maksimumu yeniləyib.
Oxu.Az xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiqləyir.
Xəbərə görə, gümüşün qiyməti Bakı vaxtı ilə saat 05:04-də 4.87% artaraq, bir trua unsiyasına görə 75.175 dollar təşkil edib. Saat 05:24-ə qədər isə qiymət 1 trua unsiyası üçün 75,355 dollara (+5.12%) yüksəlib.
Eyni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında çatdırılma üçün qızıl füçersləri trua unsiyası üçün 4548,5 dollar (+0.96%) səviyyəsində olub.