Göyçay rayonunun məşhur həkimi Nazim Musayev 78 yaşında vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
N.Musayev mayın 31-də qəfil ürək tutmasından dünyasını dəyişib.
Mərhum Göyçay rayonunda dəfn olunub.
Qeyd edək ki, Musayev Nazim Ənvər oğlu Azərbaycanın görkəmli bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ və Azərbaycanın Xalq artisti Rauf Hacıyevin bacısı oğludur.
O, Göyçayın tanınmış stomatoloqlarından idi.