Myanmanın şimal-şərqindəki Namxam yaşayış məntəqəsində baş verən güclü partlayış nəticəsində azı 46 nəfər həlak olub, 74 nəfər isə yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Partlayış dağ-mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı iddia edilən binada qeydə alınıb.
Hadisə yerinə gələn xilasetmə xidmətinin nümayəndəsi bildirib ki, dağıntılar altından altısı uşaq olmaqla, 46 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, xəsarət alan 74 nəfər tibb müəssisələrinə çatdırılıb.