Rusiyanın keçmiş müdafiə nazirinin müavini general-polkovnik Yuri Sadovenko 56 yaşında Moskvada vəfat edib.
Modern.az xəbər verir ki, o, dekabrın 25-də ürək xəstəliyindən vəfat edib.
Sadovenko uzun illər keçmiş müdafiə naziri və Rusiya Təhlükəsizlik Şurasının hazırkı katibi Sergey Şoyqu ilə birlikdə çalışıb. 2002-ci ildə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edərkən Şoyqunun köməkçisi olub.
Şoyqu Moskva vilayətinin qubernatoru olanda (may-noyabr 2012) Sadovenko onun aparat rəhbəri vəzifəsində çalışıb. Şoyqunun müdafiə naziri təyin olunmasından iki ay sonra, 2013-cü ilin əvvəlində Sadovenko nazirliyə qoşulub. O, 2024-cü ilin may ayında vəzifəsindən azad edilib.